Aviaşirkətlərin sərnişin daşımalarından ziyanı 4 dəfə artıb
2015-ci ildə Azərbaycanın aviaşirkətləri 64,7 mln manat ziyanla işləyib. Bu, ötən ilkindən 4 dəfə çoxdur. Ötən il sərnişin axını 1,7% artıb.
Dövlətstatkomda Turan-a deyiblər ki, 2015-ci ildə bilet satışı və başqa sərnişin xidmətlərindən gəlir 296,9 mln manat (-0,6%) təşkil edib. Aviaşirkətlərin sərnişin daşımaları üzrə xərcləri 15% artaraq 361,6 mln manata çatıb.
Ötən il 1 mln 818 min, o cümlədən ölkə daxilində 534,1 min nəfər (-3,3%) daşınıb.
Aviaşirkətlərin gəlirləri 2015-c ildə 531,1 mln manat olub. Bu, 2014-cü ildəkindən 1,5% azdır. Aviaşirkətlərin balans mənfəəti 82 mln manatı keçib.
Azərbaycanda 4 milli aviaşirkət var. Bunun biri («Azərbaycan Hava Yolları») dövlət şirkətidir. Qalan 3 şirkət (“Silk Way Airlines”, “Silk Way West”, “Silk Way Business Aviation”) “Silk Way Holding” şirkətlər qrupuna daxildir. 08B
-
- İqtisadiyyat
- 9 May 2016 22:37
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz