Daha bir xarici şirkət ölkədən getdi
İtaliyanın ətraf mühitdə mühəndislik və müdəfiə işlərinin görülməsi ilə məşğul olan Maccaferri şirkəti Azərbaycanı tərk edib.
“Maccaferri Azerbaijan” MMC ləğv olunduğunu “Vergilər” qəzeti bildirib. İnformasiyaya görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu Rəşid Behbudov küçəsi, ev 59, mənzil 63 ünvanına bildirə bilərlər.
130 yaşı olan yüzdən artıq ölkədə 70-dən çox törəmə müəssisəsi var. Onlarda 3 minədək əməkdaş çalışır.
Devalvasiyadan sonra bu, ilk hal deyil. Dövlətstatkoma görə, 2015-ci ildə Azərbaycanda 71 xarici şirkət və nümayəndəliyi fəaliyyətini dayandırıb. Bu isə investisiyaların ölkədən çıxması deməkdir. Xarici kapitallı təşkilatların ölkədən getməsi dalğası 21 fevral və 21 dekabr devalvasiyasından sonra daha çox nəzərə çarpır.
Bu şirkətlərin çoxu neft layhələrinə xidmət, İKT və büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlıdır. Yol tikintisi ilə məşğul olan İtaliyanın Todini şirkəti bu cəhətdən səciyyəvidir. Ötən il Fransanın Technip Maritime Overseas, İtaliyanın Maccaferri Azerbaijan şirkətinin nümayəndəliyi, Türkiyənin Anel Telekomünikasyon Elektronik Sistemləri Sanayive Ticaret Anonim şirkəti, Britaniyanın Amec Process & Energy Limited şirkətinin nümayəndəliyi ölkəni tərk edib. --17D—
-
- İqtisadiyyat
- 9 May 2016 22:33
-
- İqtisadiyyat
- 9 May 2016 22:40
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz