Elektron xidmətlərin sayı artır
Elektron dövlət xidmətlərin siyahısı genişlənir. Nazirlər Kabinetinin № 176 qərarı ilə elektron satınalmalar reyestrə daxil edilib. İndi «Elektron hökumət»ə tender və benefisiarlar, müzakirə edilən dövlət satınalmaları, xaricdə dövlət satınalmaları haqda informasiya daxil ediləcək.
Bunlar barədə informasiya öyrənmək üçün sayta (http://www.dxr.az) daxil olmaq lazımdır.
Mayın 6-a olan informasiyaya görə, saytda 111 yerli dövlət orqanı, 632 dövlət xidməti haqda məlumat var. Onların 252-i elektron şəkildə əlçatandır.
Portala nəzarət və reyestrin aparılması «ASAN Xidmət»ə həvalə edilib.
Xatırladaq ki, reystr prezidentin №262 11 sentyabr 2014-cü il tarixli «Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin elektron reyestrinin yaradılması tədbirləri haqqında» fərmanına əsasən yaradılıb. --17D—
-
- İqtisadiyyat
- 9 May 2016 22:37
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz