Avqustda bank aktivləri 1,2% artıb
Avqustda Azərbaycan banklarının məcmu aktivləri 225,4 mln manat və ya 1,2% artaraq 18918,9 mln manat olub. İlin əvvəlindən bank aktivləri 14,4%, illik müddətdə 26% artıb.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 1 sentyabr üçün banklarda nağd vəsait 813,4 mln manat, müxbir hesablarında vəsait 987,7 mln manat, maliyyə sektorunun kreditləşməsi 721,2 mln manat, müştəri kreditləşməsi 13187 mln manat, investisiya həcmi 1519,9 mln manat, başqa aktivlər 1689,7 mln manat olub.
Bank sisteminin öhdəlikləri avqustda 152 mln manat və ya 0,9% artaraq 158484,4 mln manat olub. Bunun 8438,7 mln manatını depozitlər, 6180,3 mln manatı maliyyə sektoruna verilən vəsaitlər və 1229,4 mln manatı başqa öhdəliklər təşkil edib.
Bankların ümumi kapitalı il ərzində 745,9 mln manat və ya 32,1%, avqustda 73,5 mln manat və ya 2,5% artaraq 3070,5 mln manat olub. --15B--
-
- Siyasət
- 7 Oktyabr 2013 16:32
-
- İqtisadiyyat
- 7 Oktyabr 2013 16:36
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz