Avqustda birjadankənar 1,7 mln manatlıq əqdlər bağlanılıb
Bu ilin avqustunda birjadankənar kənar platformada səhmlərin alqı-satqısı üzrə ümumi müqavilə qiyməti 1 742,4 min manat olan əqdlər bağlanılıb. 842,9 min səhm əqd predmeti olub.
Maliyyə sektorunun payı 642 min manat, istehsal sahəsinin payı 846 min manatdır.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 2011-ci ilin avqustu tarixli qaydalarına əsasən, qiymətli kağızların alqı-satqısı üzrə birjadankənar əməliyyatların həcmi barədə informasiyanı BFB açıqlayır. Bu məlumatların açıqlanmasına yanvardan başlanılıb. Bu informasiyalarda birjadankənar əməliyyatlar barədə əqd tərəflərinin adından başqa bütün məlumatlar olub. Martın əvəlindən BFB qəflətən bu məlumatların verilməsini dayandırıb. İyundan informasiyalar birjanın öz qaydalarına uyğun verilməyə başlayıb. Hərçənd normativ-hüquqi akt olan köhnə normalar ləğv edilməyib. BFB-nin qaydalarına əsasən, birjadankənar əməliyyatlar barədə analitik xarakterli kasad informasiya verilir: ümumi səhm sayı, müəssisələrin profili (maliyyə və sənaye) və bağlanan əqdlərin ümumi qiyməti.
Ekspertlər hesab edir ki, BFB tərəfindən QKDK qaydalarının inkar edilməsi Azərbaycanın qiymətli kağızlar bazarında informasiya aşkarlığına mane olur. 08
-
- Siyasət
- 4 Sentyabr 2012 17:12
-
- İqtisadiyyat
- 4 Sentyabr 2012 17:56
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz