Avqustda qiymətlər 0,8% ucuzlaşıb
Avqustda Azərbaycanın istehlak bazarında bu ilin aprelində başlamış qiymət azalması davam edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, iyul ilə müqayisədə malların və xidmətlərin qiymətləri orta hesabla 0,5% ucuzlaşıb.
Ay ərzində qarabaşaq yarması, toyuq əti, təzə balıq, yumurta, kərə yağı, günəbaxan və qarğıdalı yağları, şəkər və şəkər tozu, banan, alma, armud, şaftalı, pomidor və xiyar, bibər, badımcan, soğan və kartofun qiyməti ucuzlaşıb. Ucuzlaşma ilə yanaşı avqustda un, manna yarması, çörək, mal və qoyun əti, şabalıd, kələm, göyərti, çuğundur, kök, göy lobya, sarımsaq, qarpız və yemişin qiymətlərində bahalaşma müşahidə olunub.
Avqustda əhaliyə göstərilən xidmətlərin qiyməti iyulla müqayisədə 0,3% azalıb. Qeyri-ərzaq məhsullarının qiyməti stabil qalıb.- 08D
-
- Cəmiyyət
- 5 Sentyabr 2012 12:38
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz