- İqtisadiyyat
- 5 Sentyabr 2012, 12:31
- 156
Səkkiz ayda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yarım milyondan çox müqavilə bağlanılıb
Gözlənildiyi kimi, AVSMMİS ilin əvvəlindən İcbari Sığorta Bürosunun ən məhsuldar növü olub. Yanvar-avqustda informasiya sistemində avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 612 min 628 müqavilə bağlanılıb və 47,3 mln manat mükafat yığılıb.
Büronun məlumatına görə, təkcə avqustda 72 min 728 müqavilə üzrə 6 mln manat daxil olub. Müqavilələrin 20 min 984-ü Azərbaycan ərazisindən tranzitlə keçən xarici avtomobillər üzrədir.
Xatırladaq ki, ötən 7 ayda informasiya sistemində 539,9 min müqavilə üzrə 41,3 mln manat mükafat yığılıb. --17D—
-
- Cəmiyyət
- 5 Sentyabr 2012 12:11
-
- İqtisadiyyat
- 5 Sentyabr 2012 12:34
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz