Avropa İttifaqı elektron xidmətlərdə kömək edəcək

Avropa İttifaqı və Azərbaycanın elektron xidmətlər bazarı unifikasiya olunacaq. Bu günlərdə müvafiq Bəyannamə qabul edilib. Sənədə Azərbaycan tərəfindən əvvəllər baxılıb, sonra Lüksemburqda “Şərq Tərəfdaşlığı” üzvü ölkələrin nümayəndələrinin görüşündə təsdiq edilib.

İlin sonuna kimi 2016-2017-cı illərdə maliyyələşdiriləcək əsas layihələri müəyyən edəcək. HDM Initiative tələblərinə uyğun 6 layihə təklifi hazırlayıb Aİ-yə təqdim edəcək.

Yerli bazarda е-customs, e-commerce, e-business, e-security layihələri tətbiq ediləcək. Layihə təkliflərinin konsepsiyası 15 sentyabra kimi təqdim ediləcək. Seçim 15 oktyabrda başa çatacaq.

Təşəbbüs vahid rəqəmsal məkanın yaradılmasını nəzərdə tutur. HDM Initiative 14 vacib məsələnin həllinə istiqamətləndirilib. Onların arasında qanunvericilik bazasının yaradılması, ticarət üçün proqram təminatı və s yaradılması var. --17D— 

Rəy yaz

İqtisadiyyat

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti