Avropa Şurası Azərbaycanı çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşməsi üzrə hesabatlılıq rejimindən çıxaracaq
Azərbaycan hökumətinin çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşməsi ilə mübarizə (MONEYVAL) tədbirləri barədə hesabatı təsdiq edilib.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) məlumatında deyilir ki, Avropa Şurasının ekspert komitəsi sənəd əsasında ölkəni 2017-ci ildən gec olmayaraq cari hesabatlılıq rejimindən çıxarmaq qərarına gəlib. Nümayəndə heyətinə Rüfət Aslanlı rəhbərlik edib.
Son hesabat (aprel 2015) hökuməti çirkli pulların yuyulması ilə fəal mübarizəyə və Maliyyə Monitorinqi Xidmətinə müdaxilənin azaldılması tədbirlərinə çağırıb. Bundan sonra (noyabrda) prezident Xidmətin səlahiyyətlərinin genişləndirilməsi üzrə qanunvericiliyə düzəlişlər edilməsi barədə ərəncam verib.
Azərbaycan 2012-ci ildən MONEYVAL-da təmsil olunur. ---17D—
-
- İqtisadiyyat
- 17 Dekabr 2015 14:00
-
- Cəmiyyət
- 17 Dekabr 2015 14:05
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz