AVSMMİS onlayn rejimində
“Atəşgah Sığorta» şirkəti avtomobil sahiblərinin rahatlığı üçün sürücülərə onlayn rejimində vətəndaş məsuliyyətinin icbari sığortasını tövsiyyə edir.
Sığortaçının məlumatında deyilir ki, avqustun 1-ə qədər (icbari texniki baxışın vaxtının bitməsi günü) sürücülər avtonəqliyyat vasitələri sahiblərinin icbari sığortasını hesab.az portalı vasitəsilə rəsmiləşdirə bilər.
“Hesab.az portalında qeydiyyatdan keçən hər bir müştəri onlayn-rejimdə icbari sığorta polisi sifariş verə bilər. Şirkət əməkdaşları iki iş günü ərzində Bakı və Sumqayıtda istənilən ünvana polisi çatdıracaq”, - deyə məlumatda bildirilir. Əlavə məlumat üçün – (012) 940 nömrəsinə müraciət edilə bilər.
«Atəşgah Sığorta» şirkəti yerli sığorta bazarında 1997-ci ilin yanvarından fəaliyyət göstərir. 2012-ci ilin mart ayında şirkət müddətsiz fəaliyyət üçün lisensiya alıb. Hazırda şirkət 4 icbari və 18 könüllü sığorta növlərində xidmət göstərir. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz