«Avtomobil yolları haqqında» qanuna dəyişikliklər
Milli Məclisin bugünkü iclasında «Avtomobil yolları haqqında» qanuna dəyişiklik edilib.
İqtisadi siyasət komissiyasının sədri Ziyad Səmədzadənin sözlərinə görə, ölkədə pullu yolların yaradılması nəzərdə tutulub, yol istismarında məsuliyyət artırılıb, qanuna yeni anlayışlar daxil edilib. Nəticədə yollar və xidmət yüksək səviyyədə olacaq. Dəyişikliklər həmçinin təhlükəsizlik zolağının saxlanması və yolların təmiri zamanı təhlükəsizlik qaydalarına aiddir.
Deputat Cavid Qurbanov pullu yollarla bağlı deyib ki, yaxın vaxtlarda özəl sektorun tikdiyi pullu yollar olacaq. «Dövlət bu məsələdə yalnız tərəfdaş ola bilər. İlk pullu yol Sahil qəsəbəsindən Sumqayıta üçüncü dairəvi yol ola bilər. Bu yoldan istifadə edənlər məsafəni 80 kilometrə azalda bilər», - deyə «Azəravtoyolservis» rəhbəri bildirib. --17D—
-
- İqtisadiyyat
- 14 May 2013 17:07
-
- İqtisadiyyat
- 14 May 2013 17:27
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz