"İcbari sığorta haqqında" qanuna dəyişiklik edilib
Milli Məclisin bugünkü iclasında "İcbari sığorta haqqında" qanuna dəyişiklik edilib.
İqtisadi siyasət komissiyasının sədri Ziyad Səmədzadənin sözlərinə görə, , son illər sığorta bazarının tənzimlənməsi icbari növlər və qanunvericilikdə dəyişikliklərlə sıx bağlıdır. Bu gün ölkə əmlak sığortası üzrə MDB-də beşincidir (Rusiya, Ukrayna, Belarus və Qazaxıstandan sonra).
Maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, "İcbari sığorta haqqında" qanuna əlavələrə ehtiyac var. İstehsalatda bədbəxt hadisələr ayrılmamalı, qanunda İcbari Sığorta Bürosunda maliyyənin yığılması ilə birləşdirilməlidir. Bundan başqa, o, həyat sığortası ilə məşğul olan 3 şirkətin də Büronun informasiya şəbəkəsinə qoşulmasının məqsədəuyğunluğunu bildirib. «Sistemdə bütün yerli sığortaçılar üçün yer var, bundan istifadə etmirlərsə, onların problemidir», - deyə o qeyd edib.
Dəyişikliklər edilsə, istehsalatda bədbəxt hadisələr üzrə ödənişlər daha da çoxalacaq. Bu ilin 4 ayında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 12,46 mln yığılıb, 557,04 min manat ödənilib. Bu isə böyük fərqdir. --17D—
-
- İqtisadiyyat
- 14 May 2013 16:56
-
- İqtisadiyyat
- 14 May 2013 17:16
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz