Avtoparkın üçdə biri AVSMMİS müqaviləsi ilə əhatə edilib
2015-ci ilin yanvar-iyun ayları ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 476 minə yaxın sığorta müqaviləsi bağlanılıb (ötən ilin eyni dövrünə nisbətən + 14%), bu müqavilələr üzrə sığorta haqları 36,4 milyon manat təşkil edib (+ 20%). Ölkədə 1,3 mln avtomobil var və yerli avtoparkın 36,7%-i AVSMMİS müqaviləsi ilə əhatə edilib.
İcbari Sığorta Bürosunun məlumatına görə, 2015-ci ilin iyun ayı ərzində informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 78 min 396 müqavilə qeydiyyata alınıb. Bunların 13 min 769-u xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələridir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 13%, sığorta haqlarının məbləğində isə 25% artım müşahidə olunub və o, 6,3 milyon manat təşkil edib. --17D—
-
- İqtisadiyyat
- 1 İyul 2015 14:27
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz