AXA MBASK gələcək sığortaçıları hazırlayır
Azərbaycan Dövlət İqtisad Universitetinin 75 tələbəsi AXA MBASK sığorta şirkətinin müvafiq sertifikatlarını alıb.
Şirkətin məlumatında deyilir ki, onlar “AXA MBASK Akademiya” proqramı çərçivəsində “Sığorta işinin təşkili” adlı növbəti nəzəri kursları uğurla başa çatdırıblar. Kursların əsas məqsəd təhsil müəssisələri ilə əməkdaşlığın təşkili, peşəkar istiqamətləndirmə, sığorta və maliyyə işində ixtisaslaşan tələbələrə dəstək verilməsidir.
Bunun sayəsində tələbələr şirkətin iş xüsusiyyətini öyrənərək sığorta məhsullarının satışı texnologiyası, anderraytinq, şirkətin sənəd dövriyyəsi, sığorta hadisələrinin tənzimlənməsi sahəsində biliklər, eləcə də risklərin idarə edilməsi üzrə ixtisaslaşdırılmış məsləhətlər əldə ediblər.
Mühazirələr AXA MBASK-ın menecerləri və aparıcı mütəxəssisləri tərəfindən aparılıb.
Bundan əlavə, 75 tələbə praktiki kurslara dəvət olunub. Praktiki kursun nəticələrinə görə, ən uğurlu tələbələr şirkətdə gələcəkdə onlara sığorta sahəsində karyera qurmaq imkanı yaradan yay təcrübəsi keçmək imkanı qazanacaqlar.--17D—
-
- Siyasət
- 17 May 2016 12:44
-
- İqtisadiyyat
- 17 May 2016 13:39
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz