- İqtisadiyyat
- 17 May 2016, 13:39
- 202
Bakıda Azərbaycan-Niderland biznes forumu
Bu gün Bakıda Azərbaycan-Niderland biznes-forumu keçirilib. Giriş sözü ilə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib ki, Niderlandin Azərbaycana yatırdığı investisiyalar 900 mln dollardan çoxdur. Bunun 340 mln dolları son 3 ildə qoyulub. Holland investorlar Azərbaycana sərmayə qoymaqda dördüncü yeri tutur. Babayevin sözlərinə görə, Niderland şirkətləri son illər Azərbaycanda 180 milyon dollar məbləğində müqavilələr imzalayıblar.
Niderland Senatının üzvü Rene van der Linden deyib ki, ölkəsi Azərbaycan iqtisadiyyatının inkişafına və şaxələndirilməsinə kömək edə bilər.
Azərbaycan-Niderland biznes forumu çərçivəsində birgə biznes mərkəzin yaradılması haqqında memorandum imzalanıb. Memorandum "ADA" Universiteti ilə Niderlandın Limburq vilayəti arasında imzalayıb.
Bundan başqa, biznes forum çərçivəsində daha 3 memorandum imzalanıb - Sumqayıt Kimya Sənaye Parkı ilə Niderlandın "Chamelot" Kimya Parkı arasında, "ASAN" innovasiyalar mərkəzi, "Nar", Azərbaycan-Niderland biznes mərkəzi ilə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu arasında, həmçinin Azərbaycan Polad İstehsalı Kompleksi, Axen Universiteti ilə Maastrixt Universiteti arasında imzalanıb. --17D—
-
- İqtisadiyyat
- 17 May 2016 13:18
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz