AXA МBASK icbari sığorta üzrə iri ödəniş edib
AXA MBASK sığorta şirkəti avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (yeni AVSMMİS) üzrə qarşı tərəfin ölümü ilə nəticələnən sığorta iddiası üzrə ödəniş edib.
Sözü gedən sığorta növünə aid ödəniş Bakı-Qazax yolunda baş vermiş yol qəzası ilə bağlı olub. Qəza nəticəsində bir nəfər həlak olub, iki nəfər agır yaralanıb. AXA MBASK tərəfindən 13 min manat məbləğində sığorta ödənişi zərər çəkmiş tərəfinin qohumlarına verilib.
Şirkət ilin əvvəlindən nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 500 min manata yaxın sığorta ödənişi edib.
AXA MBASK icbari sığorta növlərini 5 regional ofisində və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən 70-dən çox agentlikdə həyata keçirir. Sığorta vəsiqələri isə İcbari Sığorta Növləri Bürosunun vahid məlumat sisteminə qoşulmaq şərti ilə online rejimində buraxılır.
İcbari sığortanın qaydaları və tarifləri barədə əlavə məlumatı www.icbari.az saytında əldə etmək olar. --17D--
-
- İqtisadiyyat
- 18 Aprel 2013 15:11
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz