AXA MBASK-ın Direktorlar Şurasının tərkibində dəyişiklik
AXA MBASK sığorta şirkəti 9 dekabrda səhmdarların ümumi yığıncağını keçirəcək..
Gündəlikdəki əsas məsələ Direktorlar Şurasının tərkibində dəyişiklikdir.
AXA MBASK sığorta şirkəti yerli bazarda 1992-ci ildən fəaliyyət göstərir və 25 könüllü, 4 icbari sığorta növü üzrə xidmət edir.
Ödənilmiş nizamnamə fondu 8,73 mln manatdır.
"MBASK"ın ölkədə 5 filial və təmsilçiliyi var. 2010-cu ilin oktyabrında MBASK əsas səhmdarını dəyişib. Şirkətin səhm nəzarət paketini (83,92%) AXA Group (Fransa) öz törəmə şirkəti AXA Sequros Generales, S.A, De Sequros Y Reasequros (İspaniya) vasitəsilə alıb. 2013-cü ilin 9 ayında şirkətin mükafatları 12 mln 204,138 min manat, ödənişləri 6 mln 56,95 min manat olub. --17D—
-
- Cəmiyyət
- 8 Noyabr 2013 14:02
-
- İqtisadiyyat
- 8 Noyabr 2013 14:18
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz