VTB (Azərbaycan) kommunal ödənişlərin qəbulu layihəsinə başlayıb
VTB (Azərbaycan) kommunal ödənişlərin informasiya sisteminə qoşulub.
Portala qoşulan müştərilər “Bakıelektrikşəbəkə” ASC, “Azəriqaz” QSC, “Azərsu” SC-nin abunəçiləri elektrik enerjisi, qaz və su üzrə hesabların ödənişini həyata keçirə biləcək.
"Нazırda ödənişləri № 3 «Nizami» filialında qəbul edirik, yaxın vaxtlarda «Nərimanov» və «Əcəmi» filialı da prosesə qoşulacaq, - deyə idarə rəisi Nərminə Seyfullayeva bildirib.
İLk dəfə ödəniş üçün müraciət edən şəxs şəxsiyyət vəsiqəsi və ödəniş qəbzini götürməlidir. Əməkdaşlar müştərini qeydiyyata alıb kod verəcəklər. Bank kommunal ödəniş üçün heç bir vəsait tutmur.
Bank VTB (Azərbaycan) ASC Bank VTB ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları Rusiya tərəfndən – Bank VTB ASC və Azərbaycan tərəfindən – “AtaHoldinq” ASC-dirlər. Bank VTB (Azərbaycan) ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bank 4 filial və Baş ofisdə Müştəri Xidmətləri İdarəsilə təmsil olunur. —15D--
-
- İqtisadiyyat
- 8 Noyabr 2013 14:11
-
- Siyasət
- 8 Noyabr 2013 14:28
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz