AXA MBASK sığorta şirkəti ölkə yollarında və küçələrdə təhlükəsizliyin təminatı probleminin aktuallığı baxımından regionlarda “Yaxşı sürücü” yol hərəkəti layihəsini davam etdirir.
Qurumun məlumatında deyilir ki, xüsusi layihə yol hərəkatı iştirakçılarının məsuliyyətli davranışına, vicdanlı və məsuliyyətli sürücülərin təşviqinə yönəlib.
Şirkət nümayəndələri yerli hakimiyyət orqanlarının və Dövlət Yol Polisi şöbələrinin dəstəyilə Şəki və Bərdədə hərəkətin intensiv olduğu küçə və prospektlərdə sürücülərə əsas davranış qaydaları haqda yaddaş kitabçaları paylayıblar. Sürücülərə elementar yol hərəkəti qaydalarına əməl edilməməsi, təhlükəsizlik kəmərindən və avtomobildə uşaq oturacaqlarından istifadə olunmamasının yol-nəqliyyat qəzalarının əsas səbəblərindən biri olması barədə məlumat verilib.
Gələcəkdə bu sosisl təşəbbüs çərçivəsində sürücülərin məsuliyyətinin sığortası üçün yeni xüsusi proqramlar hazırlanacaq. Paytaxtda və regionlarda müntəzəm olaraq təhlkəsizliklə bağlı tədbirlər keçiriləcək.
AXA MBASK 2010-cu ildən АХА Group beynəlxalq standartlarını şirkətin müvafiq biznes prosesinə tətbiqinə başlayıb. Sığorta agentlikləri şəbəkəsi vasitəsilə satışın inkişafı planına əsasən qısa müddətdə ölkə boyunca sığorta polisinin satışı üzrə 80-ə yaxın məntəqə açılıb.
Avropa keyfiyyətli servis, həmçinin vaxtında və tam ödənişlər qısa müddətdə şirkətin səkkiz beynəlxalq və “İlin sığortya şirkəti” kimi milli mükafat almasına səbəb olub.--17D—
Rəy yaz