Ay ərzində bank aktivləri 345 mln manat azalıb
Fevralın 1-i üçün bank sisteminin məcmu aktivləri 24 mlrd 837,7 mln manat (ay ərzində mənfi 344,8 mln manat və ya 1,4%) olub.
Azərbaycan Mərkəzi Bankının saytında verilən məlumata görə, ilin əvvəlində bu göstərici 25 mlrd 182,5 mln manat təşkil edib.
AMB-nin məlumatına görə, fevralın 1-i üçün bank sisteminin kreditləri 18 mlrd 20,3 mln manat (+0,01%), xüsusi kapitalı 4 mlrd 269,7 mln manat (+1,3%) olub. --17D—
-
- İqtisadiyyat
- 3 Mart 2015 11:06
-
- İqtisadiyyat
- 3 Mart 2015 11:13
İqtisadiyyat
-
S&P Global Ratings Azərbaycanın bank sektorunun risk qiymətləndirməsini yenidən nəzərdən keçirərək, proqnozu "sabit"dən "müsbət"ə yüksəldib.
-
Ölkədə son günlər çörəyin bahalaşdığı deyilir. Sosial şəbəkələrdə yazılır ki, çörəyin qiymətlərində 5-10 qəpik artım var. Şikayətlərə görə, Azərbaycanda "zavod çörəyi" kimi tanınan çörəyin üstündə çəki barədə məlumat tapmaq çətindir. Yəni, bir çox hallarda bu növ çörəyin üstündə çəki barədə məlumat yazılmır. Ayrı-ayrı sexlərin təndirxanalarında bişən çörəklə də bağlı alıcıya çox vaxt qiymətdən başqa heç bir məlumat verilmir.
-
Rusiya, İran və Azərbaycanın xarici işlər nazirləri, nəqliyyat nazirləri, enerji nazirləri və gömrük xidmətlərinin rəhbərləri yaxın zamanda Rəşt-Astara dəmir yolu layihəsinin icra vəziyyətini müzakirə etmək üçün üçtərəfli görüş keçirəcək. Bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali məlumat verib.
-
Azərbaycan və Tatarıstan enerji, maşınqayırma, neft-kimya, kənd təsərrüfatı və nəqliyyat sahələrində qarşılıqlı maraqlara əsaslanan ticarət və iqtisadi əməkdaşlığı gücləndirməkdə davam edir. İkitərəfli əlaqələr, rəsmi nümayəndə heyətlərinin müntəzəm səfərləri və beynəlxalq iqtisadi forumlarda iştirakı ilə dəstəklənən sabit inkişaf nümayiş etdirir.
Rəy yaz