AYİB Azərbaycan hökuməti ilə bundan sonra da əməkdaşlıq etmək niyyətindədir
Avropa Yenidənqurma və İnkişaf Bankın (AYİB) Azərbaycan hökuməti ilə bundan sonra da əməkdaşlıq etmək niyyətindədir. Aprelin 10-12-də Direktorlar Şurasının nümayəndə heyəti Gürcüstandan sonra Bakıya gələcək.
Proqrama əsasən, onlar prezident İlham Əliyev, AMB sədri Elman Rüstəmov, maliyyə naziri Samir Şərifov, iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşəcəklər. Sahibkarlar, diplomatik korpus, beynəlxalq maliyyə institutlarının, bank və vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri ilə görüşlər nəzərdə tutulur.
Nümayəndə heyətinə Mahmud Akçay, Erike Bal, Klara Krol, Corco Leçessi, Vasili Lelakis, Yan Maas, Conatan Okenden, Oyn Rayan, İoakim Şvarser, Artyom Şevalev daxildir. Onları Qafqaz, Moldova və Belarus üzrə direktor Pol-Anri Forestye müşayiət edir.
Azərbaycan 1992-ci ildən AYİB-lə əməkdaşlıq edir. Bu dövrdə ölkəyə 1,8 mlrd avro vəsait qoyulub. Bankın yerli layihələr üzrə cari portfeli 692 mln avrodur. --17D--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz