AYİB Azərbaycanın qiymətli kağızlar bazarında iştirak etmək istəyir
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz, Moldova və Belarus üzrə regional direktoru Bruno Balvanera başda olmaqla nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində yerli QK bazarında mümkün iştirak məsələsi müzakirə edilib.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr sektorunda Turan-a bildiriblər ki, söhbət AYİB istiqrazlarının buraxılmasından gedir.
«Kapital bazarlarının inkişafı strategiyası Azərbaycanda qeyri-neft sektorunun gücləndirilməsi istiqamətində həyata keçirilən siyasətin bir hissəsidir», deyə Bruno Balvanera bildirib.
Xatırladaq ki, AYİB Azərbaycanın qiymətli kağızlar bazarında iştirak etmək planını 2015-ci ildə bəyan edib. Buraxılacaq qiymətli kağızların həcmi, faiz dərəcəsi barədə məlumat verilmir. 08D
-
- İqtisadiyyat
- 1 Fevral 2016 12:18
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz