AYİB bu il Azərbaycana kəndlilər və qadın sahibkarlar üçün 100 milyon avro verməyə hazırlaşır
Bu gün Bakıda «Yeni İpək Yolu regionunda inklüziv və dayanıqlı sənaye inkişafının gücləndirilməsi” seminarı keçirilib.
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Bakı nümayəndəliyinin rəhbəri Nil Makkeynin sözlərinə görə, mayda AYİB-in rəhbərliyi ilə bu il ilk dəfə kəndlilər və qadın sahibkarlar kredit ayrılacaq.
Bu, iqtisadiyyatın şaxələndirilməsinə dəstək çərçivəsində ediləcək. Makkeynin məlumatına görə, bank hər il onlarla yerli layihəni maliyyələşdirir. Bundan başqa, AYİB sənədlərin beynəlxaq maliyyə hesabatlılğına uyğu olması, menecment və marketinq üzrə məsləhətlər verir. İndiyədək 400 şirkət bizneslərinin inkişafı üçün ixtisaslaşdırılmış dəstək alıb.
Xatırladaq ki, AYİB bu il aqrar-sənayeyə 50 mln, qadın sahibkarlara da bu qədər vəsait ayırmağı planlaşdırıb.
Azərbaycan 1992-ci ildən AYİB üzvüdür. Bankdan müxtəlif layihələrə 2,55 mlrd avro alıb. Bunun 55%-i özəl sektorun payına düşür. --17D—
-
- Siyasət
- 5 May 2016 14:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz