Az səmərəli mobil əmək birjaları
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti avqustun 1-dək Bakı şəhərinin müxtəlif yerlərində işsiz və işaxtaran vətəndaşlar üçün 40 səyyar Əmək birjası təşkil edib. Amma bunun səmərəsi azdır.
Nazirliyin məlumatına görə, bu birjalar vasitəsilə boş iş yerlərinə göndəriş verilən vətəndaşların sayı 371 nəfər olub. 82 nəfər müvəqqəti işlə təmin edilib.
Bu dövrdə birjalar vasitəsilə 134 nəfər peşə hazırlığına cəlb edilib.
Bu gün növbəti birja Nəsimi rayonunda təşkil edilib. –17D—
-
- İqtisadiyyat
- 15 Avqust 2014 16:39
-
- İqtisadiyyat
- 15 Avqust 2014 16:45
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz