Azad ticarət zonası yaradılır
Prezident İlham Əliyev Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Qərar ölkənin logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi məqəsədilə verilib.
«Xüsusi iqtisadi zonalar haqqında» AR qanunu 2009-cu ilin aprelində qəbul edilib. Ələt xüsusi iqtisadi zonası qanun qəbul ediləndən sonra ilk olacaq.
İqtisadiyyat Nazirliyinə tapşırılır ki, altı ay müddətində öz təkliflərini təqdim etsin. Azərbaycanda xüsusi iqtisadi zonalara dair qanunvericiliyin təkmilləşdirilməsi də təkliflərdə əksini tapmalıdır. Bunun üçün beynəlxalq məsləhətçi şirkət cəlb edilməlidir. Zonada sahibkarlıq fəaliyyətinin növləri və onların xüsusiyyətləri ilə bağlı məsləhətləşmələr də vacibdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə zonanın ərazisini müəyyən etməlidir. Həmin ərazinin torpaq sahələrinin mülkiyyətçiləri və torpaq istifadəçiləri ilə bağlı məsələlər də həllini tapmalıdır. 08D
-
- İqtisadiyyat
- 19 Mart 2016 20:11
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz