İkiaylıq inflyasiya – 11,7%
2016-cı ilin yanvar-fevral aylarında istehlak qiymətlərinin (inflyasiya) artım tempi illik hesablamada 11,7% təşkil edib. Dövlət Statistika Komitəsi bildirib.
Xatırladaq ki, ötən il fevralın 21-də milli valyuta (manat) sərbəst konvertasiya olunana valyutaya nisbətdə iki dəfədən çox ucuzlaşıb (1 ABŞ dollarına görə 0,78 manatdan 1,63 manatadək). Statistika hesablayıb ki, manat bu müddətdə istehlak bazarında alıcılıq qabiliyyətini cəmi 11,7% itirib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-fevral aylarında ərzaq malları 2015-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 14,8% bahalaşıb. Həmin müddətdə qeyri-ərzaq malları orta hesabla 15,7% bahalaşıb. Əhaliyə pullu xidmətlər də 4% baha təklif olunur.
Təkcə bu ilin fevralında aylıq inflyasiya 0,4% təşkil edib. Ay ərzində ərzaq mallarının qiyməti
0,6%, qeyri-ərzaq malları 0,6%, xidmətıər 0,1% artıb.
DSK-nın hesablamalarına görə, illik hesablamada çörək və yarma 19,5%, balıq məhsulları 10,5%, ət məhsulları 6,5%, süd məhsulları 12,1%, yağ 29,4%, qənd və qənnadı məmulatları 16,6%, çay, kofe 29,8%, mineral sular və sərinləşdirici içkilər 18,7%, spirtli içkilər 17,4% bahalaşıb. İl ərzində siqaretin pərakəndə satış qiyməti 218,9% bahalaşıb. 08D
-
- İqtisadiyyat
- 19 Mart 2016 20:05
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz