Dövlət vəsaitlərindən düzgün istifadə edilməməsinə görə cəzalar sərtləşdirilir
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsi dövlət vəsaitlərindən təyinatı üzrə istifadə edilməməsinə görə cəzaların sərtləşdirilməsini təklif edir.
Cinayət Məcəlləsinə təklif edilən əlavələrə (maddə 308-1) əsasən, dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədən kənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə halına görə 8 min manatdan 10 min manata qədər cərimə, yaxud 3 ilə qədər azadlıqdan məhrum ediləcək .
Eyni hərəkətlər külli miqdarda vəsaitlə olduqda 3 ildən 6 ilə qədər azadlıqdan məhrum etmə cəzası tətbiq olunacaq. Külli miqdarda dedikdə 250 min manat və daha çox məbləğ nəzərdə tutulur. Təklif parlamentin növbəti iclasında təqdim ediləcək. --17D—
-
- İqtisadiyyat
- 19 Mart 2016 20:11
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz