AZAL Bakı-Təbriz-Bakı marşrutu üzrə yeni reys açıb
“Azərbaycan Hava Yolları” 3 iyulda Təbriz şəhərinə uçuş həyata keçirib.
Uçuşlar Avropa istehsalı olan “ATR-42” tipli müasir təyyarələrlə, hər həftənin çərşənbə axşamı və cümə günləri baş tutacaq. Uçuşun müddəti 1 saat 25 dəqiqədir.
Bakı-Təbriz-Bakı marşrutu üzrə aviabiletin qiyməti 187 AZN-dən başlayır. Bir tərəfə isə 96 AZN-dən başlayır.
Uçuş zamanı sərnişinlərə bort qidası və sərinləşdirici içkilər, habelə müxtəlif dövri mətbuat təklif edilir.
AZAL-ın mətbuat xidmətində Turan-a deyiblər ki, Təbrizə reys “Azal”ın uçuş coğrafiyasında 30-cu uçuş məntəqəsidir. Hazırda “Azərbaycan Hava Yolları” İran İslan Respublikasının paytaxtı Tehrana da uçuşlar həyata keçirir. 08D
-
- Siyasət
- 4 İyul 2012 16:20
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz