AZAL şirkəti «AZAL-Miles» ilə tərəfdaşlıq sazişi imzalayıb
Azərbaycan Hava yolları" QSC tanınmış “Rixos Hotels” qrupu ilə "AZAL-MILES" proqramı üzrə əməkdaşlıq razılaşması imzalayıb. Saziş 4 iyul 2013-cü ildən etibarən qüvvədədir və “Rixos” otellərindən istifadə edən sərnişinlərə "AZAL-MILES" proqramı vasitəsi ilə əlavə ballar toplamaq imkanı yaradacaq.
Proqramın iştirakçıları “Rixos” otellərinin xidmətlərindən öz balları hesabına istifadə edə biləcəklər.
Rixos Hotels" müştərisi olan "AZAL-MILES" proqramının hər bir iştirakçısına "Rixos" mehmanxanalarından birində yerləşməsinə görə "AZAL-MILES" kartına 500 bal əlavə ediləcək.
Yığım şərtləri belədir:
- “Platinum” statusuna keçid üçün “AZAL-Miles” programı iştirakçısı 250000 mile-bal toplamalıdır;
-“Gold Kart” statusuna keçid üçün “AZAL-Miles” programı iştirakçısı 60000 mile-bal toplamalıdır;
-“Silver Kart” statusuna keçid “AZAL-Miles” programı iştirakçısı 35000 mile-bal toplamalıdır;
- İştirakçının kartına ballar “Azərbaycan Hava Yolları” QSC-nin reyslərində uçuşlara və proqramla əməkdaşlıq edən şirkətlərin xidmətlərindən istifadəyə görə əlavə edilir. 08D
-
- İqtisadiyyat
- 7 Avqust 2013 13:16
-
- İqtisadiyyat
- 7 Avqust 2013 13:40
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz