AzeriCard Internet Banking xidmətinin yeni versiyasını təqdim edir
AzeriCard prosessinq mərkəzi İnternet Banking xidmətinin yeni versiyasını istifadəyə verilməsini təqdim edir.
Mərkəzin məlumatında deyilir ki, yeni interfeys və proqramın asanlaşdırılmış iş sxemi istifadəçilərə hesabların idarə etmək üçün imkanları genişləndirir.
Xidmət siyahısına ödəniş şablonları və rekurent ödənişlər (təkrarlanan ödəniş) əlavə edilib. Birdəfəlik parolların əldə olunması növlərinin seçimi təqdim olunur: birdəfəlik parolların SMS, MobilBank və ya ATM vasitəsilə ilə əldə olunması mümkündür. Qeydiyyat üsulu da asanlaşdırılıb. Əgər plastik kart SMS Notifications xidmətinə qoşulubsa, ATM-dən əldə olunan birdəfəlik parol siyahısından istifadə etmədən sistemdə qeydiyyatdan keçmək olar. Bunun üçün https://www.hbservice.com/ saytında“Register by card number” bölməsini seçib plastik kart nömrəsini daxil etmək lazımdır. Bundan başqa, müştəri istədiyi vaxt kart üzrə əməliyyatlara baxmaq imkanı yaradılıb.—15D--
-
- İqtisadiyyat
- 7 Avqust 2013 13:26
-
- İqtisadiyyat
- 7 Avqust 2013 14:05
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz