AZAL Ukrayna şəhərlərinə uçuşları ucuzlaşdırıb
“Azərbaycan Hava Yolları” QSC Bakı-Simferopol-Bakı və Bakı-Lvov-Bakı istiqamətindəki uçuşlara daşınma qiymətini aşağı salıb. Şirkətdə Turan-a bildiriblər ki, aksiya AZAL rəhbərliyinin təşəbbüsü ilə «sərnişinlərin marağını artırmaq üçün» keçirilir.
Aksiya çərçivəsində Bakı-Lvov -Bakı marşrutu üzrə qiymətlər 346 avro, Bakı- Simferopol -Bakı üzrə 352 avro (yığım və rüsumlar daxil) olacaq.
Bu şəhərlərə uçuşlar 100 nəfərlik Embraer laynerində həyata keçirilir. Simferepola uçuşlar bazar ertəsi, Lvova bazar günləridir.
“Silk Way Travel”də Turan-a bildiriblər ki, bu gün yığım və rüsumlarsız Simferepola və geriyə bilet 371 avro, Lvova və geriyə 346 avrodur.
Oktyabrın sonunda AZAL «Bakıdan Simferopol 2 bilet al, üçüncünü pulsuz əldə et» kampaniyasına başlayıb. Onda Bakı-Simferopol-Bakı marşrutu ilə bilet 432 manat idi. Aksiya 29 mart 2014-cü ilə kimi davam edəcək. 08D
-
- Siyasət
- 20 Noyabr 2013 13:20
-
- İqtisadiyyat
- 20 Noyabr 2013 14:25
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz