«Azer-Turk Bank» ASC faktiki milliləşib
Türkiyənin «Ziraat Bankası» «Azer-Turk Bank» ASC-dəki aktivləri ilə vidalaşır. Nəticədə «Azer-Turk Bank» 85% yerli kapitallı bank olacaq.
Əvvəllər agentlik «Ziraat Bankası»nın Bakıda müstəqil biznes açmaq niyyətindən yazmışdı. Bununla bağlı «Azer-Turk Bank»ın tərkibində dəyişiklik olub. Növbədənkənar iclasda yeni tərkib seçilib, həmçinin nizamnamə kapitalının artırılması qərara alınıb.
Belə ki, bankın Müşahidə Şurasının sədri Famil İsmayılov, üzvləri Samir Nəsibov və Müğdət İsmayılov seçiliblər. Həmçinin bankın idarə heyətinin tərkibi 3 nəfərdən ibarət olmaqla yenidən formalaşdırılıb, Elmar Məmmədov idarə heyətinin sədri, Fərhad Adıgözəlov idarə heyətinin üzvü, sədr müavini və Rümiyyə Məmmədova idarə heyətinin üzvü, sədr müavini seçiliblər.
Əvvəllər səhmlərin 50%-i (cəmi 44,2 mln manat) Türkiyə kapitalı idi. İndi bu məbləğin 37,5 mln manatı və ya 85-%-i Azərbaycan dövlətinə, 6,2 milyon manat və ya 14 %-i Türkiyə dövləti Ziraat Bankına, 0,5 milyon manat və ya 1-% isə "Ziraat Bank İnernational AG"-yə (Almaniya) məxsusdur.
Bununla yanaşı, ilin sonuna qədər Bankın nizamnamə kapitalının 50 milyon manata qaldırılması qərara alınıb.
«Azər-Türk Bank» 1995-ci ildə təsis edilib. Səhm bölgüsü belə idi: Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (50%), Türkiyə Respublikası Ziraat Bankı (46,00 %) və Ziraat Bank Beynəlxalq Almaniya (4.00%).--17D—
-
- İqtisadiyyat
- 9 Dekabr 2014 14:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz