«SynergyGroup»un illik hesabatı
Ötən il «SynergyGroup» ASC-nin aktivləri 60,4% artaraq 136 mln 262,48 min manat olub.
Şirkətdən verilən məlumata görə, məcmu investisiyalar 17 mln 242,92 min manat (+ 6,3 dəfə), debitor bprcu 13 mln 943,31 min manat (+19,8%), avans ödənişi 11 mln 336,16 min manat (+ 6 dəfə) olub.
Öhdəliklər 3 mln 679,65 min manat (+60,2%), kreditor borcu 3 mln 2,41 min manat (+2 dəfə) təşkil edib.
Xüsusi kapital 132 mln 582,84 min manata (+60,4%), ziyan 33 mln 141,47 min manata (artım 2,1 dəfə) çatıb.
Qrupun ümumi ziyanı ötən il 2 dəfə artaraq 20 mln manat olub.
«SynergyGroup» ASC 2010-cu ildə yaradılıb. 24 müxtəlif profilli şirkətdən ibarətdir. Qrupun nizamnamə kapitalı 15 mln manatdır. --17D—
-
- İqtisadiyyat
- 9 Dekabr 2014 14:30
-
- İqtisadiyyat
- 9 Dekabr 2014 15:03
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz