«Invest-AZ» brokerlər arasında lider olub
Oktyabr renkinqindən çıxan «Invest-AZ» şirkəti noyabrda gözlənilmədən müştərilərə göstərilən xidmətlərin həcminə görə brokerlər arasında lider olub.
Bakı Fond Birjasının saytının məlumatına görə, şirkət dövlət və korporativ qiymətli kağızlar bazarında (repo əməliyyatlar istisna olmaqla) 259 mln 378,36 min manatlıq xidmət göstərib.
İkinci yerdə PSG-Broker (222 mln 821,94 min manat (oktyabrla müqayisədə bir pilə irəli), üçüncü yerdə Texnika Kapital Menecment (92 mln 737,46 min manat və ya 5 addım irəli) şirkəti gedir.
Noyabrda bazardakı brokerlərin sayı 9 olub. --17D—
-
- Siyasət
- 9 Dekabr 2014 13:22
-
- İqtisadiyyat
- 9 Dekabr 2014 14:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz