«Azer-TurkBank» emissiya yerləşdirir
Noyabrın 3-dən Bakı Fond Birjasında (BFB) “Azər-Türk Bank” ASC-nin səhmlərinin yerləşdirilməsinə başlanılıb. Emissiya həcmi 36,6 milyon manatdır. Bunlar hər birinin nominal dəyəri 1 manat olan 36 552 682 ədəd səhmdir. Emissiya baş tutsa, “Azər-Türk Bank”ın nizamnamə kapitalı 50 milyon manata çatacaq ki, bu da Mərkəzi Bankın məcmu kapitalla bağlı tələbinin yerinə yetirilməsi deməkdir.
Səhmlər BFB-nin qeyri-kotiraovka vərəqinə daxil edilib.
Anderrauter «Invest-Az» MMC-dir. Yerləşdirmə 14 noyabr 2014-cü ildə başa çatmalıdır.
«Azer-TurkBank» 1995-ci ildə yaradılıb. Səhmlərinin 50%-i ƏMDK-yə, 46%--i ZiraatBanka, 4% - ZiraatBank Almaniyaya məxsusdur. --17D—
-
- Cəmiyyət
- 3 Noyabr 2014 13:27
-
- İqtisadiyyat
- 3 Noyabr 2014 13:32
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz