«Azər-Türkbank»ın mənfəəti 10 mln manatdan çox olub
2016-cı ilin 3-cü rübündə «Azər-Türkbank»ın aktivləri ilin əvvəlinə nisbətən 144 mln 52 min manat (21,7%) artaraq 807 mln 630 min manat təşkil edib.
Turan-ın məlumatına görə, bankın öhdəlikləri bu dövrdə 21,4% (132 mln 186 min manat) artaraq 749 mln 855 min manata çatıb.
«Azər-Türkbank»ın kapitalı 57 mln 774 min manatadək (artım 25,8% - 11 mln 865 min manat) artıb.
2016-cı ilin 3-cü rübündə bankın mənfəəti 10 mln 466 min manat olub. 71D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz