Azerbaijan Coca-Cola Bottlers Afrika və Avrasiyanın on ən yaxşı zavodu sırasında
. Azerbaijan Coca-Cola Bottlers (ACCB) şirkəti “Ən yaxşı zavodu olan ölkə” nominasiyasında 92 ölkənin 250-dən çox zavodu arasında on ən yaxşı zavodu sırasına düşüb. Şirkəti bu uğurunu keyfiyyət sayəsində nailiyyəti, yüksək sabitlik və sosial məsuliyyət hesabına qazanıb.
Azerbaijan Coca-Cola Bottlers (ACCB) şirkəti Grand Prix Dayanaqlı Prezident mükafatı (“Ən yaxşı zavodu olan ölkə”) nominasiyasında iki il ardıcıl olaraq irəli sürülüb. Nominasiya The Coca-Cola Company Eurasia & Africa Group tərəfindən keçirilir.
Münsiflər heyəti qiymətləndirməni şirkətin ətraf mühitin mühafizəsində roluna, məhsulun yüksək keyfiyyətə cavab verməsinə və yerli insanların həyatında ümumi payındaki roluna əsasən aparıblar.
Coca-Cola Azerbaijan-ın baş meneceri Lisani Atasayan vurğulayıb ki, ACCB 9 milyonluq əhaliyə yüksək keyfiyyətli 9 müxtəlif brend təklif edir. “İşimizin əsas məqsədi yüksək keyfiyyətli məhsul təqdim etməkdir. Bu yüksək beynəlxalq standartlara cavab verir. Mükafat mərasimində mən öz şirkətimizi təmsil edirdim və Azerbaijan Coca-Cola Bottlers-ın Coca-Cola sistemində ən yaxşı şirkət kimi tanınması məndə fəxr hissi doğurur” – deyə Atasayan əlavə edib.
Coca-Cola Bottlers Azerbaijan (ACCB) 1994-cü ildə təsis edilib. Şirkətinin 99.86% payı Coca-Cola İçecek-ə məxsusdur. --08D—
-
- İqtisadiyyat
- 12 İyun 2013 16:22
-
- İqtisadiyyat
- 12 İyun 2013 16:48
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz