Azərbaycan 2015-ci ildə qaz hasilatını artırıb
Dövlətstatkomun məlumatına görə, 2015-ci ildə ölkədə 29 mlrd 742,7 mln kubmetr qaz hasil edilib. Hasilat həcmi 2014-cü ilə nisbətən 1,1% artıb.
2014-cü ildə ölkədə 29 mlrd. 615,3 mln kubmetr qaz çıxarılıb. Hökumət 2015-ci ildə 30 mlrd 110 mln kubmetr qaz hasilatı proqnozlaşdırmışdı.
Qeyd edək ki, ötən həftə energetika naziri N.Əliyevin qaz hasilatı barədə yaydığı məlumatla DSK-nın yaydığı məlumat ərasında ciddi fərq var. Nazirin məqaləsində bildirilir ki, 2015-ci ildə Azərbaycanda 29,1 mlrd kubmetr qaz çıxarılıb.
Dövlətstatkomun məlumatına görə, 2015-ci ildə 19 mlrd 720,5 mln kubmetr əmtəəlik qaz çıxarılıb. Bu, 2014-cü ildəkindən 5,5% çoxdur.–12B--
-
- İqtisadiyyat
- 21 Yanvar 2016 12:30
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz