Azərbaycan Asiya İnfrastruktur İnvestisiyaları Bankının təsisində iştirak edəcək
Azərbaycan 26-27 apreldə Pekində Asiya İnfrastruktur İnvestisiyaları Bankının təsis iclasında iştirak edəcək.
Bank Asiya ölkələri istehsal infrastrukturunun (energetika, nəqliyyat, telekommunikasiya, kənd təsərrüfatı, su təchizatı və s) inkişafı məqsədi ilə yaradılır.
Qarşılıqlı anlaşma memorandumunu 25 dövlət imzalayıb.
Yeni bankın əsas hərəkətverici qüvvəsi Çin və Asiya ölkələri olacaq. $50 mlrd nizamnamə kapitalının çoxunu Pekin təmin edəcək.
Maliyyə naziri Samir Şərifov qeyd edib ki, Azərbaycan təsis yığıncağında iştirak edəcək.
O deyib ki, Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik iclası mayın 2-5-də Bakıda keçiriləcək. Tədbirdə 66 ölkədən 3000 nümayəndə iştirak edəcək.
-
- İqtisadiyyat
- 20 Aprel 2015 18:55
-
- İqtisadiyyat
- 20 Aprel 2015 19:46
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz