Azərbaycan bu il avrobondların buraxılışını planlaşdırmır. Bazar ertəsi maliyyə naziri Samir Şərifov mətbuat konfransında bildirib ki, buna ehtiyac yoxdur.
Onun sözlərinə görə, 2014-cü ildə avrobondlar suveren borcların ödənilməsi imkanlarının qiymətləndirilməsi məqsədilə buraxılıb.
Məlum olduğu kimi, martın 12-də ARDNŞ 6,95% dərəcə ilə $750 mln. həcmində avrobond buraxb. Lakin cəlbedicilik aşağı olduğundan $250 mln. həcmində digər avrobond investorlara təqdim olunmayıb.
Global Capital resursun məlumatına görə, neftin qiymətinin aşağı olması və Azərbaycan valyutasının devalvasiyası ilə əlaqədar SOCAR-ın yüksək gəlirli kağızları investorları cəlb etməyib.
SOCAR 2012-ci ildə 5,45% dərəcə ilə $500 mln. həcmində ilk avrobondu buraxıb. 4,75% dərəcə ilə $1 mlrd. həcmində istiqrazın ikinci buraxılışı 2013-cü ilin martında olub.—0—
-
- Sual-cavab
- 20 Aprel 2015 20:14
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz