Azərbaycan banklarının aktivləri iyulda faiz yarım artıb
Bu ilin iyulunda Azərbaycan banklarının məcmu aktivləri 199,8 mln manat və ya 1,4% artaraq 14978,6 mln manat olub. İlin əvvəlindən bank aktivləri 7,4%, illik müddətdə 1701,6 mln manat və ya 12,8% artıb.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2012-ci il avqustun 1-i üçün kredit qoyuluşları 10515,3 mln manat olub. Hesabat dövründə azalma 0,4% təşkil edib. Son ildə iqtisadiyyatın kreditləşməsi 18,4% artıb.
Banklarda əhalinin əmanətləri iyulda 42,6 mln manat və ya 1% artaraq 4415,2 mln manat təşkil edib. Bu göstərici ilin əvvəlindən 7,2%, 12 ayda 25% artıb.
Bankların ümumi kapitalı hesabat ayında 21,2 mln manat və ya 1% artaraq 2130,6 mln manat olub. İL ərzində bu göstərici 108,8 mln manat və ya 5,4% artıb. --15B--
-
- İqtisadiyyat
- 6 Sentyabr 2012 15:35
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz