Azərbaycan banklarının yekun mənfəəti 2,6% dəfə artıb
Yanvar-mayda Azərbaycanda fəaliyyət göstərən bankların ümumi gəlirləri 806,99 mln manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 147,26 mln manat və ya 22,3% çoxdur. Faiz olmayan gəlirlər 27,1% artaraq 170,28 mln manat təşkil edib.
Hesabat dövründə bankların xərcləri 114,77 mln manat və ya 23% artaraq 613,02 mln manat təşkil edib. Aktivlər üzrə ehtiyat ayırmalar ötən ilin eyni dövrü ilə müqayisədə 54,01 mln manat və ya 52% azalaraq 49,94 mln manat (aktivlər il ərzində 29,5% artıb) olub.
AMB-dən Turan-a verilən məlumata görə, bank gəlirlərinin strukturunda əsas hissə faiz gəlirlərinin – 78,8%, xərclərdə faiz ödəmələrinin (53%) payına düşüb.
Bankların vergi ödənilənədək illik mənfəəti 143,94 mln manat olub. Bu, 2012-ci ilin yanvar-mayından 2,5 dəfə çoxdur. Bank sisteminin yekun mənfəəti il ərzində 2,6 dəfə artaraq 137,20 mln manat olub.
2013-cü ilin 5 ayında 39 bank rentabelli işləyib. Onların ümumi xalis mənfəəti 145,31 mln manat olub. 4 ziyanla işləyən bankın itkisi 8,12 mln manat təşkil edib. 2012-ci ilin eyni dövrü ilə müqayisədə mənfəətli bankların sayı 3 vahid artıb. Ziyanla işləyən bankların sayı 4 vahid, onların ümumi itkisi isə 8,1 dəfə azalıb. --15В--
-
- İqtisadiyyat
- 9 İyul 2013 11:33
-
- Siyasət
- 9 İyul 2013 12:25
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz