Yanvar-mayda Azərbaycan banklarının aktivləri 8,8% artıb
Mayda Azərbaycan banklarının məcmu aktivləri 212,2 mln manat və ya 1,1% artaraq 19192 mln manat olub. İlin əvvəlindən bank aktivləri 8,8%, illik müddətdə 4371,1 mln manat və ya 29,5% artıb.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 1 iyun üçün banklarda nağd vəsait 720,6 mln manat, müxbir hesablarında vəsait 1243,8 mln manat, maliyyə sektorunun kreditləşməsi 675,7 mln manat, müştəri kreditləşməsi 12165,5 mln manat, investisiya həcmi 1607,3 mln manat, başqa aktivlər 2779,1 mln manat olub.
Bank öhdəlikləri hesabat ayında 153,98 mln manat və ya 0,9%, artaraq 16419,10 mln manat olub. Bundan 8487,1 mln manatı depozitlər, 5542,6 mln manatı maliyyə sektoruna verilən vəsaitlər və 2389,4 mln manatı başqa öhdəliklər təşkil edib.
Bankların ümumi kapitalı il ərzində 585,7 mln və ya 26,7%, mayda isə 58,3 mln manat və ya 2,1 % artaraq 2772,9 mln manat olub. --15B--
-
- Cəmiyyət
- 8 İyul 2013 19:20
-
- İqtisadiyyat
- 9 İyul 2013 11:55
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz