Azərbaycan- Çexiya biznes-forumu açılıb
Sentyabrın 16-da Bakıda Azərbaycan- Çexiya biznes-forumu açılıb. Tədbirdə iki ölkə prezidenti və sahibkarlar iştirak ediblər.
Tədbirdə çıxış edən prezident İlham Əliyev deyib ki, ikitərəfli iqtisadi əlaqələrin möhkəmləndirilməsinin koordinasiya edilməsi vacibdir. Onun sözlərinə görə, Çexiya banklarının Azərbaycanda layihələrdə, nəqliyyat və energetika sahələrində ikitərəfli əməkdaşlıqda iştirakı müzakirə olunur.
Dövlət başçısının sözlərinə görə, ötən il Azərbaycanda investisiyaların həcmi 27 mlrd. dollar təşkil edib. Bunun xeyli hissəsi xarici vəsaitdir.
Öz növbəsində Çexiya prezidenti Miloş Zeman deyib ki, Çexiyanın aldığı neftin 30%-i Azərbaycan neftidir. Digər sahələrdə də əməkdaşlığı genişləndirmək imkanları var.-02D-
-
- Söz istəyirəm
- 16 Sentyabr 2015 14:34
-
- Siyasət
- 16 Sentyabr 2015 15:25
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz