- İqtisadiyyat
- 12 Mart 2015, 13:27
- 159
Azərbaycan DESFA üzrə sövdələşmədə maraqların toqquşmasını görmür
Azərbaycanın nöqteyi-nəzərindən ARDNŞ-nin Yunanıstanın qaz operatoru DESFA-da pay əldə etməsi məsələsində maraqların heç bir toqquşması yoxdur. Trend-in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev "Euractiv" nəşrinə deyib.
Onun sözlərinə əsasən, Azərbaycan Avropa İttifaqının ARDNŞ-nin DESFA-da pay əldə etməsi üzrə sövdələşmənin Aİ-nin hüquq normalarına uyğunluğunu araşdırması ilə bağlı narahatlığını bildirib.
"DESFA-da payın əldə edilməsi üzrə tenderin qalibi olan Azərbaycan Avropa Komissiyasının sövdələşmənin Aİ-nin hüquq normalarına müvafiqliyi barədə qərarı yubatmasının səbəbləri ilə maraqlanır", deyə nazir bildirib.
N.Əliyev bildirib ki, bununla əlaqədar Avropa Komissiyasının energetika üzrə vitse-prezidenti Maroş Şefçoçivlə görüşdə narahatlığını ifadə edib.
ARDNŞ 2013-cü ilin dekabrında DESFA-nın 400 milyon avroluq 66 faiz səhmlərinin əldə edilməsi üzrə tenderin qalibi olub. Qalan hissə Yunanıstana məxsus olacaq.
Amma 2014-cü ilin noyabrında Avropa Komissiyasının sövdələşmənin Aİ reqlamentinə uyğunluğunu araşdırmağa başlayıb.
Nazir əlavə edib ki, Azərbaycanın nöqteyi-nəzərindən mövcud vəziyyətdə maraqların toqquşması olmayıb: "Çünki "Cənub Qaz Dəhlizi" ilə tədarük ediləcək qazın sahibi Azərbaycan deyil, "Şahdəniz-2" konsorsiumudur. Buna görə də düşünürük ki, Azərbaycanı qazın sahibi, tədarükçüsü və distribüteri hesab etmək lazım deyil. Ümid edirəm ki, Avropa Komissiyası bunu nəzərə alacaq".. deyə Əliyev bildirib. –0--
-
- İqtisadiyyat
- 12 Mart 2015 13:18
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz