Azərbaycan AÇG neftinin 55%-i mənfəət kimi alıb
“Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməyə başlandığı 1997-ci ilin noyabrından 2014-cü ilin sonuna qədər “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 359,5 mln. ton neft hasil olunub. Bunun 196 mln tonu Azərbaycanın mənfəət neftidir, deyə ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə çərşənbə günü Bakıda III Beynəlxalq “Caspian Energy Forum–2015”də çıxışı zamanı bildirib.
Beləliklə, Azərbaycan AÇG neftinin 55%-i mənfəət kimi alıb.
Onun sözlərinə görə, 2014-cü ildə AÇG-də hasilat 31,5 mln ton, Azərbaycanın mənfəət nefti 22 mln ton olub.
"Bu dövr ərzində (1997-ci ilin noyabrından) blokdan 105,5 mlrd kubmetr səmt qazı hasil edilib. Blokdan sutkada 88 min ton neft və 35 mln kubmetr səmt qazı hasil edilir", - deyə Yusifzadə bildirib.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. ARDNŞ-nin məlumatına görə, yataqda 923 mln ton neft var.
Layihənin iştirakçıları BP (Böyük Britaniya - 35,78%), Amerikanın “Chevron” (11,27%), “ExxonMobil” (8%), Hindistanin “ONGC Videsh Limited” (2,72%), Yaponiyanın “Inрex Corр.” (10,96%) və “Itochu Oil” (4,3%), Azərbaycanın SOCAR (11,65%), Norveçin “Statoil” (8,56%) və Türkiyənin TPAO (6,75%) şirkətlərdir. –12C--
-
- Cəmiyyət
- 12 Mart 2015 13:03
-
- İqtisadiyyat
- 12 Mart 2015 13:27
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz