Azərbaycan ECOBank-ın nizamnaməsini imzalayıb
Sentyabrın 28-də İqtisadi İnkişaf Nazirliyində İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankının nizamnaməsi imzalanıb.
İİN mətbuat xidmətində Turan-a bildiriblər ki, Azərbaycan ECOBank-ın nizamnamə kapitalında 3% səhm alır. Bu, dövlət büdcəsinə 9,97 mln SDR-ə başa gələcək.
ECOBank-la əməkdaşlıq özəl sektorun maliyyələşdirilməsinə, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrlə iqtisadi-ticarət əlaqələrinin inkişafına yeni imkanlar yaradacaq, deyə İİN-də düşünürlər.
Ticarət və İnkişaf Bankı (ECOBank) 2008-ci ildə fəaliyyətə başlayıb. Türkiyə, İran, Pakistan Bankın üzvləridir. Bu yaxınlarda Əfqanıstan da ECOBank-a üzv olmaq üçün Bankın Nizamnaməsinin imzalayıb. Bankın nizamnamə kapitalı 1,5 mlrd dollardır.
İqtisadi Əməkdaşlıq Təşkilatı 1985-ci ildə yaradılıb. Təşkilata 10 müsəlman ölkəsi daxildir. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz