Azərbaycan gömrükçülərinin zərgər dəqiqliyi
Bu ilin iyulunda Azərbaycan gömrüyü dövlət büdcəsinə idxal-ixrac əməliyyatları üzrə rüsum və vergi kimi 135 mln 255,4 min manat təmin ediblər. Bu, ötən aydakından 0,1% azdır.
Əsas gömrük mədaxili mənbəyi olan idxal həcmi martdan azalsa da, gömrükçülər hər ay təxminən eyni məbləğdə vəsait yığır – 135 mln manat. Gömrük mədaxilinin tərkib hissəsləri isə dəyişir. Məsələn, iyulda gömrük yığımı 50 mln manat, ƏDV 78 mln 775 min manat olub. İyunda bu göstəricilər müvafiq olaraq 63,5 mln və 66 mln manat təşkil edib.
Aydın görünür ki, gömrükçülərin zərgər işi bu il üçün 1 mlrd 510 mln manat planı ödəməyə yönəlib.
İlin 7 ayında Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 868 mln manat yönəldilib. Bu, 2013-cü ilin eyni dövründəkindən 13,4% çoxdur. 08D
-
- Söz istəyirəm
- 8 Avqust 2014 12:36
-
- İqtisadiyyat
- 8 Avqust 2014 13:02
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz