"Azərbaycan Hava Yolları" QSC-nin nizamnamə kapitalı 39 mln manat artırılıb
Nazirlər Kabineti "Azərbaycan Hava Yolları" QSC-nin nizamnamə kapitalının yeni səhm buraxılışı yolu ilə artırılması barədə qərar verib. Aviaşirkətin kapitalı 4,9% artırılıb.
Qərar avqustun 19-da verilsə də, indi açıqlanıb.Qərara əsasən, aviaşirkətin nizamnamə kapitalı 39 mln manat artırılaraq 829 974 470 manata çatdırılır. Buraxılan səhm sayı 411 987 235 ədədə çatıb, onların 100%-i Dövlət Əmlak Komitəsinin şəxsində dövlətə məxsusdur. "Azərbaycan Hava Yolları" çox az dövlət şirkətlərindən biridir ki, qanunvericiliyə zidd olaraq, auditor yoxlamasından keçməli olan illik maliyyə hesabatlarını açıqlamır,
Nizamnamə kapitalının artımı, görünür, yeni hava limanlarının tikintisi və yeni təyyarələrin alınması ilə bağlıdır. Qanunvericiliyə əsasən, dövlət strukturlarının əsas kapitalına investisiyalar onların nizamnamə kapitalına yönəldilməlidir.
"Azərbaycan Hava Yolları" QSC 2008-ci ilin aprelində eyni adlı dövlət konserninin bazasında yaradılıb.
Dövlət təsərrüfat strukturları arasında nizamnamə kapitalı ən çox olan “AzərEnerji” ASC-dir. 2012-ci ildə onun nizamnamə kapitalı 200 mln manat artırılaraq 1,76 mlrd manata çatdırılıb. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz