Azərbaycan həmtəsisçisi olmaq niyyətindədir
Azərbaycan hökuməti Asiya İnfrastruktur İnkişaf Bankının təsisçilərindən biri olmaq niyyətini rəsmi olaraq təqdim edib.
Maliyyə Nazirliyinin bu gün verdiyi məlumata görə, hökumətin adından sənəd martın 31-də Çin Xalq Respublikasının Maliyyə Nazirliyinə göndərilib. Bu fondun yaradılmasının təşəbbüskarı Çindir.
Maliyyə Nazirliyinin məlumatında qeyd edilir ki, Azərbaycan Asiya regionunun infrastruktur inkişafının artmaqda olan maliyyə ehtiyaclarının təmin edilməsi məqsədilə yaradılacaq yeni maliyyə institutunun təsisçi üzvü olmaqda maraqlıdır.
Qeyd edək ki, Azərbaycan Dünya Bankından, İslam İnkişaf Bankından, Asiya İnkişaf Bankından, Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankından və digər maliyyə qurumlarından infrastrukturun bərpası və inkişafı üzrə imtiyazlı kreditlər, habelə Çexiyanın Eksimbank-ından, BNP Paribasdan və s. kommersiya kreditləri cəlb edir. -08D-
-
- Siyasət
- 3 Aprel 2015 17:30
-
- İqtisadiyyat
- 3 Aprel 2015 17:39
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz